RƏHİM QAZIYEV: “Çox ağırdır, onu həmişəlik itirdim”

Xəbər verdiyimiz kimi, sabiq müdafiə naziri Rəhim Qazıyevə ağır itki üz verib. 

Belə ki, eks-nazirin həyat yoldaşı Sevil xanım vəfat edib. 

Sabiq nazir Modern.az-a açıqlamasında deyib ki, həyat yoldaşı şəkər xəstəliyindən əziyyət çəkirdi.

“Uzun müddət idi ki, şəkərdən əziyyət çəkirdi. Axır vaxtlarda bədənində yara əmələ gəlmişdi. Nə qədər həkim müayinəsində olsa da, alınmadı. Çox ağırdır. Bu yaşımda onu itirdim”.

Rəhim Qazıyev həyat yoldaşının dəfn olunacağı yeri də deyib.

“Bu gün təxminən saat 4 radələrində dünyasını dəyişdi. Təzəpir məscidindən sonuncu mənzilə yola salacağıq. Qurd qapısı qəbiristanlığında dəfn ediləcək”.






Fikirlər