NİZAMİ RAYONUNDA YENİ BAŞÇI – Bu gün Prezidentin sərəncamı olacaq

 

1409808510_arif_qasimov_icra_bashchisiArif Adil oğlu Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub. Bu barədə AzPolitika.info-ya mötəbər mənbələrdən məlumat daxil olub.

A.Qasımovun Siyəzən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunması və Nizami rayon İcra Hakimiyyətinin Başçısı təyin olunması haqda Prezident sərəncamlarının bu gün elan olunacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2015-ci il tarixli sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş, bu rayona yeni başçı təyinatı olmamışdı.

AzPolitika.info təxminən 3 həftə əvvəl Sumqayıt, Səbail, və Nəsimi rayonlarının başçıları dəyişdiriləndə Nizami rayonuna Arif Qasımovun gətiriləcəyi haqda məlumat vermişdi.

Qeyd edək ki, Arif Qasımov Nizami rayonuna yad adam deyil. Siyazənə başçı göndərilməzdən əvvəl Nizami Bələdiyyəsinin sədri olub.

 
AzPolitika.info

 






Fikirlər