Bakıda YANĞIN: FHN əməkdaşları əraziyə cəlb olundu...

Bakıda YANĞIN: FHN əməkdaşları əraziyə cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərmanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Bu barədə "AzerTaym.az"-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

 

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

 

 






Fikirlər