Tibb Universiteti 115 min manata 36 ədəd ürək qapağı alır - DETALLAR
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Azəri Med” QSC (VÖEN – 1500072561) Tədris Cərrahiyyə Klinikasına 36 ədəd bioloji ürək qapaqları satacaq və qarşılığnda 115 min 200 manat 24 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründyü kimi, bir ədəd bioloji ürək qapağının orta satış qiyməti 3 min 200 manat təşkil edib.
Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azəri Med” QSC-nin nizamnamə kapitalı 10 000 manat təşkil edir. Rəhimli Famil Vəli oğlunun rəhbərlik etdiyi QSC-nin millət vəkili Kəmaləddin Qafarova məxsus olması barədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aprtek” kimi brendlər daxildir.