Nazir ağac əkdi - FOTOLAR

 

“Nazir ağac əkdi - Fotolar

 Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahələrinin davamı olaraq, 15-ci kilometrlikdə çirklənmədən və bataqlıqdan təmizlənmiş yeni ərazilərdə ağacəkmə aksiyası keçirilib. 

"AzerTaym.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki , aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Qeyri-Hökumət Təşkilatları, ictimaiyyət və Kütləvi İnformasiya Vasitələrinin ümumilikdə 1000-nə yaxın nümayəndəsi iştirak edib.

5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb, Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.

 

 

Nazir ağac əkdi - Fotolar
Nazir ağac əkdi - Fotolar
Nazir ağac əkdi - Fotolar
Nazir ağac əkdi - Fotolar
Nazir ağac əkdi - Fotolar
Nazir ağac əkdi - Fotolar

 

 






Fikirlər