Azərbaycanda 5 tələbənin öldüyü qəza ilə bağlı ŞOK FAKT
Mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində – Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı maraqlı faktlar üzə çıxıb. AzerTaym.az lent.az-a istinadən xəbər verir ki, İmişli rayonundan olan gənclər qəzaya düşdükləri “Hyundai Accent” markalı, 99 LD 773 dövlət qeydiyyat nişanlı avtomobili elə həmin gün icarəyə götürübmüş. Avtomobil “Elşən – Rent a Car” şirkətinə məxsus olub və 17 yaşlı Əmiraslan Əmiraslanlının adına maşından istifadə ilə bağlı yol kağızı verilib. Lakin yaşı hələ 18 tamam olmamış Əmiraslanın sürücülük vəsiqəsi olmayıb. Hadisəni araşdıran istintaqçılar qəzaya düşən avtomobilin kameralara və radarlara düşüb-düşməməsini də araşdırıb. Məlum olub ki, avtomobil kamera və radarların olduğu yerlərdən qanunun tələb etdiyi sürətlə keçib. Daha sonra isə sürəti artırıblar.