Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"AzerTaym.az" lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Sabit Orucov küçəsində "Bentley" markalı avtomobil ilə "KİA" markalı 99 OC 616 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 51 və 26 yaşlı iki kişi ilə 26 və 23 yaşlı iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Bentley" markalı avtomobillərin yenisinin qiymətləri 400-450 min manatdan başlayır.
***
Dünən axşam saatlarında Bakının Xətai rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Sabit Orucov küçəsi 15 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Quliyev Ceyhun Mirzəağa oğlunun sürdüyü "Bentley" ilə, 1991-ci il təvəllüdlü Əliyev Fərid Eyvaz oğlunun sürdüyü "KİA"nın toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Bundan başqa "KİA"nın sərnişini olan Aytən Quliyeva və Hülya İsgəndərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.