Bu sürücülərin bir GÜNÜ QALDI

Bu sürücülərin bir günü qaldı

Nömrəsində defis olan avtomobilin sürücüsü 50 manat cərimə olunacaq

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə verdiyi bir ay vaxt noyabrın 12-də başa çatır.

Noyabrın 13-dən etibarən yol polisi nömrədə defis olmayan avtomobil sürücülərini cərimə edəcək.

Qeyd edək ki, DYP defis problemini aradan qaldırmaq üçün sürücülərə geniş imkanlar yaratmışdı. Bunun üçün istənilən yol polisi əməkdaşına, DYP-nin stasionar postlarına, DYP-nin rayon və şəhərlər üzrə idarə və şöbələrinə yaxınlaşmaq kifayətdir. Orada avtomobilin nömrəsinə xüsusi markerlə defis işarəsi pulsuz çəkilir. Proses hazırda da davam edir.

 

  






Fikirlər