Bakıdan Lənkərana sürətli idman avtomobilləri ilə!

Bakıdan Lənkərana sürətli idman avtomobilləri ilə!

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) idman avtomobillərinin yürüşünü təşkil edəcək.

Bakı-Lənkəran marşrutu üzrə keçiriləcək yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidir.

AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də bir sıra proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.






Fikirlər