“Mercedes-Benz” Almaniyadakı bütün salonlarını SATIR...
Almaniyanın “Mercedes-Benz” şirkəti ölkədəki bütün avtomobil salonlarını satmağa hazırlaşır. Musavat.com xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb. Söhbət şəhərlərdə və kiçik qəsəbələrdə 80-ə yaxın salondan gedir. Məlumata görə, şirkətin Ştutqartdakı baş qərargahındakı filialı da satışa çıxarılıb. Salonlarda ümumilikdə 8 minə yaxın insan çalışır. Yeni sahiblərə verildikdən sonra “Mercedes-Benz” avtosalonları fəaliyyətini davam etdirəcək. İşdən çıxarılma planlaşdırılmır. Nəşr yazır ki, yalnız investisiyaya hazır olan və heç bir iqtisadi problemi olmayan şirkət “Mercedes-Benz” avtosalonlarının alıcısı ola bilər. Bütün avtosalonların bir şirkətə satılacağı, yoxsa bir neçə alıcı arasında bölünəcəyi hələlik məlum deyil.