Jurnalistlər şəhidləri YAD etdi (FOTO)
Jurnalistlərin yaşadığı “Jurnalistlər binası”nda Azərbaycanın işğal altındakı ərazilərində gedən döyüşlərdə şəhid olanların xatirəsi yad edilib. Musavat.com-un məlumatına görə, “Jurnalistlər binası”nda ehsan verilib.
Mərasimdə deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov, deputat Qənirə Paşayeva, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu və çoxlu sayda jurnalistlər, media kapitanları iştirak edir.
Deputat Qənirə Paşayeva çıxışında şəhidlərin Vətən üçün xidmətlərindən, Azərbaycan ordusunun qüdrətindən danışıb. O, jurnalistlərə son savaşlardakı fəaliyyətlərinə və şəhidləri xatirəsini əziz tutduqlarına görə minnətdarlığını bildirib.