01.09.2014- Əflatun Amaşov R.Usubova müraciət etdi
Azərbaycan Mətbuat Şurası “Azadlıq” qəzetinin yazarı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin həbsi ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
Bu barədə musavat.com-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Mətbuat Şurasının müraciətində deyilir:
- Cənab nazir!
Seymur Həzi avqustun 29-da Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işi başlanılıb, Abşeron Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Hörmətli Ramil müəllim!
Hələlik Seymur Həzinin barəsində başlanmış cinayət işi üzrə istintaq gedir, son sözü məhkəmə deyəcək. Seymur Həzi jurnalist olduğu üçün onun həbsi Mətbuat Şurasının diqqətindədir. Əminik ki, proses sizin sayənizdə ədalətli, qanunun tələblərinə uyğun şəkildə həllini tapacaq, onun jurnalist olması nəzərə alınacaq.