22.05.2014. - Əflatun Amaşovdan Elçin Şıxlı- Açıqlaması
MŞ-nın sədri Publika.az-a açıqlamasında deyib: “Mən bir neçə gün idi ki, ölkədə yox idim. İşə yeni çıxmışam və məsələ ilə maraqlanıram. Onunla söhbət etmişəm. Bu, mənim üçün çox ciddi məsələdir. Elçin Şıxlı ilə bağlı gün ərzində açıqlama veriləcək”.
E.Şıxlı isə bildirib ki, yaxın günlərdə Ə.Amaşovla şəxsən görüşəcək: "Əflatun Amaşovla telefonda danışdım. Təklif etdi ki, görüşək, müzakirə aparaq. Mən də razılıq verdim. Başqa bir söhbət olmayıb".
Qeyd edək ki, "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı Mətbuat Şurasının qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsinə biganə yanaşdığını və bu üzdən oradan uzaqlaşdığını bəyan edib.