04.03.2014. - MTN “Bank of Baku”nun rəhbərini həbs etdi

04.03.2014. -  MTN “Bank of Baku”nun rəhbərini həbs etdi
04.03.2014. -  MTN “Bank of Baku”nun rəhbərini həbs etdi
04.03.2014. -  MTN “Bank of Baku”nun rəhbərini həbs etdi











Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs eyni zamanda Azərbaycan dövlətinin son günlər eksterimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, “Bank of Baku”nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.


Hələ ki, sözügedən həbslə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.

Əraflı məlumatı diqqətinizə çatdıracağıq.






Fikirlər