12.02.2014. - Kollec direktoru rüşvətə görə həbs edildi
Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluq halı aşkarlanıb və bu fakt əsasında həbs həyata keçirilib.
AzerTAYM.az ANS TV-yə istinadən xəbər verir ki, Ağcabədi Pedaqoji Kollecinin direktoru əvəzedicisi Sahib Hüseynov həbs edilərək əmlakı müsadirə olunub.
Onun adı rüşvətxorluqda hallanıb. Həmçinin kollecin tələbələri də bir neçə dəfə mətbuata imtahanlarda onlardan pul tələb edilməsi haqqında məlumat vermişdilər.
Qeyd edək ki, Sahib Hüseynov 08.10.2013-cü ildə kollecə direktor əvəzedicisi vəzifəsinə təyin olunmuşdu.