“Həbs olunan gömrük rəisimiz vəkillə təmin olundu”– Baş konsul

Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Türkiyədə saxlanılan Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovla bağlı açıqlama verib.
“Həbs olunan gömrük rəisimiz vəkillə təmin olundu”– Baş konsul

Diplomat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həbs olunan Gömrük rəisi ilə bağlı konsulluq tərəfindən lazımı addımların hamısı atılır. Konsul bildirib ki, artıq azərbaycanlı məmur vəkillə də təmin olunub:

“Əməkdaşlarımız demək olar ki, bu işlə ciddi şəkildə məşğuldurlar. Həm onunla görüş, həmçinin Mirməhəmməd Seyidovun həbsinə səbəb olan məsələləri araşdırırıq. Bu barədə yaxın bir saat ərzində Azərbaycan Xarici İşlər Nazirliyinə yekun rəyimizi təqdim edəcəyik”.






Fikirlər