“AVTOVAGZAL” stansiyası açılır

Bu gün Bakı Metropoliteninin bənövşəyi xətt üzrə ilk iki stansiyası istifadəyə veriləcəyi gözlənilir. 

Modern.az  saytı xəbər verir ki, istifadəyə veriləcək “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarıdır. 

Ölkə başçısı İlham Əliyevin açılış mərazisimində iştirakı gözlənilir.

Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.






Fikirlər