Bakı - Sumqayıt elektrik xətti 15 sentyabrda istifadəyə verilir...
"AzerTaym.az" xəbər verir ki,bunu Moderator.az - a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC - nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, Bakı - Sumqayıt elektrik xəttinin işə salınması üçün 63 kilometr dəmiryolu yenidən təmir olunmalıydı və artıq bunun 52 kilometri təmir olunub:
“Təmir işləri davam edir. Bundan əlavə olaraq Bakı - Sumqayıt dəmiryoluna birbaşa keçidi təmin etmək üçün əlavə 1,6 km yeni yol salınmalı idi və bu istiqamətdə də işlər gedir. Hazırda burada da torpaq yatağında işlər gedir. Bundan əlavə olaraq həm Bakı, həm də Sumqayıt sərnişin stansiyalarında sərnişinlərin rahat və təhlükəsizliyinin təmin edilməi istiqamətində işlər gedir. Yeraltı keçidlər yenidən qurulur, Bakıda sərnişinlərin 28 may metrostansiyasına rahat keçidini təmin etmək istiqmaətində də işlər aparılır.”
N. Əzməmədov bildirdi ki, bütün səylərimizi səfərbər etmişik ki, Bakı - Sumqayıt elektrik xəttini nəzərdə tutulan vaxtda, yeni dərs ilinədək işə salaq.
“Bu istiqamətdə nə lazımdırsa o edilir və bu məqsədlə hətta əlavə qüvvələr də işə cəlb edilib”, - deyə mətbuat katibi vurğulayıb.