Cavid Qurbanov dəmir yollarının mühafizə zonası ilə bağlı göstəriş verdi - FOTOLAR

Cavid Qurbanov dəmir yollarının mühafizə zonası ilə bağlı göstəriş verdi - FOTOLARAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun təşəbbüsü ilə dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından çirkləndirilməsinin qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir”.

Bunu Modern.az-ın sualına “Azərbaycan Dəmir Yolları” mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov deyib.


Onun sözlərinə görə müvafiq orqanlara müraciətlər olunsa da, vəziyyət qənaətbəxş deyildi.

“Uzun illər keçirilən reydlər zamanı müşahidə olunan yarıtmaz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunsa da, vəziyyət, demək olar ki, yarıtmaz olaraq qalır”.

Qeyd edək ki, bu gün dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi üçün Cəmiyyətin İnfrastruktur, Yük və Sərnişindaşımaları departamentlərinin müvafiq kollektivlərinin iştirakı ilə iməcilik keçirilir.

İməcilik zamanı Bakı və Biləcəri qovşaqlarında, Abşeron şəhərətrafı zonada və Sumqayıt stansiyası ərazilərində (təxminən 100 km-lik ərazidə) dəmir yolunun sanitariya-mühafizə zonası məişət tullantılarından təmizlənməsi həyata keçirilir.

Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.






Fikirlər