Dənizə düşən təyyarənin göyərtəsində partlayış baş verib — ŞOK İDDİA

Dənizə düşən təyyarənin göyərtəsində partlayış baş verib — Şok iddia

"EgyptAir"in  göyərtəsində partayış baş verib - ekspertlər bu qənaətə gəliblər

"EgyptAir" təyyarəsində həlak olanların cəsədlərinin qalıqlarının analizi onu deməyə əsas verir ki, təyyarənin göyərtəsində partlayış baş verib.

  AzerTaym.az Ölkə.Az istinadən xəb verirər.

"EgyptAir" faciədən bir dəqiqə öncə radarlarda görünüb.

İstintaq qrupuna daxil olan və cəsəd qalıqlarının analizində iştirak edən ekspertlərdən biri agentliyə bildirib ki, Qahirəyə 80 cəsəd parçası gətirilib, lakin bu parçaların heç biri bütöv olmayıb. "Gətirilən qalıqlar arasında nə bütöv baş, nə qol, nə də ayaq var idi. Bu da onu deməyə əsas verir ki, təyyarənin içərisində partlayış baş verib",- deyə kriminalist qeyd edib.

Qalıqların xarakteri təyyarədə partlayışın olması qənaətinə gətirsə də, hələlik partladıcı maddənin izinə rast gəlinməyib.

Xatırladaq ki, MS804 reysi ilə Parisdən Qahirəyə uçan А320 EgyptAir təyyarəsi Aralıq dənizi üzərində radarlardan itib, daha sonra Karpatos adasından cənub istiqamətində təyyarənin qalıqları tapılıb. Təyyarədə olan 66 sərnişinin hamısı həlak olub.






Fikirlər