ORUCU POZAN VƏ POZMAYAN ŞEYLƏR.

ORUCU POZAN, QƏZA TUTMAĞI VACİB EDİB KƏFFARƏT TƏLƏB ETMƏYƏN HALLAR.

Orucun pozulub pozulmaması üçün ümumi qayda belədir: “Oruc olduğu yadından çıxıb yeyən, içən və cinsi əlaqəyə girən kəsin orucu pozulmaz. Amma yadına düşən kimi bunu tərk etməlidir. Hətta ağzında olan, udmadığı tikəni də qaytarıb çıxarmalıdır. Cinsi yaxınlıq edən kəs də, oruc olduğu yadına düşən kimi ayrılmalıdı1r. Əgər yada düşdükdən sonra bu əməllərə davam edilərsə oruc pozulur”.Qida və qida hökmündə olmayan şeyləri yemək. Bura adətən qida hesab edilməyən və insan təbiətinin yeməyə meyl etmədiyi şeylər aiddir. Məsələn, oruc olan kəsin çiy düyü, xəmir, un kimi şeyləri yeməsi orucu pozur və qəzası tutulmalıdır. Bir dəfəyə çox miqdarda duzu yemək və ya udmaq da orucu pozub qəzasını vacib edir.Yetişməmiş kal meyvə yemək də orucu pozur, qəzası tutulmalıdır.Dişlər arasında qalmış, noxud dənəsi böyüklükdə və ya daha böyük bir yemək qırıntısını udmaq orucu pozur, qəzası tutulmalıdır.Çəyirdək, pambıq, kağız, dəri və s. bu kimi şeyləri yemək də orucu pozur.Daş, dəmir parçası, torpaq, balıqqulağı kimi bir şeyi udmaq da orucu pozur.Bilərəkdən, öz istəyi ilə ciyərlərə tüstü çəkmək orucu pozur. Arxadan, burundan, boğazdan və qadının ön tərəfindən daxilə su yaxud dərman daxil edilsə oruc pozulur, qəzası tutulmalıdır.Qulağa yağ damızdırmaq orucu pozur. Su damlasa pozulmaz.Qadının cinsi orqanına bir şey damızdırılsa orucu pozulur və qəzasını tutmalıdır. Kişinin cinsi alətinə bir şey damızdırlsa orucu pozulmur.Bir kəs qəsdən ağız dolusu qusarsa orucu pozulur və qəzasını tutmaq vacib olur. Əgər oruc olduğunu unutmuş olarsa, ağız dolusu olmazsa, qida deyil bəlğəm qusarsa, bu halların heç birində orucu pozulmaz.Qida və dərman xəstəlik, səfər, məcbur edilmək, səhv, diqqətsizlik və ya şübhəyə düşmək kimi şər`ən üzr sayılan bir səbəbə görə qəbul edilərsə oruc pozulur və qəzasını tutmaq lazımdır. Bir adam ağzını qarqara edərkən, səhvən su udsa orucu pozulur və qəzası tutulmalıdır.Başdakı və ya qarındakı yaraya qoyulan dərman beyinə və ya qarın boşluğuna sirayət edərsə oruc pozulur. Oruclu adam yatarkən boğazına bir başqası su axıtsa orucu pozulur. Qadın iş görməyə gücüm qalmayacaq deyib yemək yesə orucu pozulur, qəzasını tutmalıdır.Bir kəs unudaraq yemək yesə və ya cinsi yaxınlıq etsə orucu pozulmur. Amma bu hökmü bilmədən, artıq olan oldu, orucum pozuldu deyə yeməyə və ya cinsi əlaqəyə davam edərsə orucu pozulur, qəzasını tutmalıdır.Bir kəs axşamdan sabah oruc tutmağa niyyət etməz, gündüz niyyət edərsə, sonra da belə bir niyyət səhih deyildir deyib şübhəyə düşərək yemək yeyərsə orucu pozulur və qəzasını tutmalıdır.Bir kəs hələ dan yeri ağarmayıb deyə yesə, içsə və ya cinsi əlaqədə olsa, sonra bilsə ki, dan yeri ağarıbmış qəza tutması lazımdır.Bir kəs günəş batdı deyib yesə, içsə, cinsi əlaqədə olsa, sonra bilsə ki, günəş batmayıbmış qəza tutması lazımdır.Bir kəsin yemək yeməsi və ya cinsi əlaqədə olması əsnasında dan yeri ağararsa, etdiyi işi dərhal saxlasa orucu pozulmaz.Şəhvət hissini tam olmayan şəkildə təmin etsə, sadəcə qəza tutması lazım gəlir.Qucaqlamaq, öpmək və s bu kimi əməllər səbəbilə məni (sperma) ifraz olunarsa oruc pozulur, qəzası tutulmalıdır.Yatmış bir qadınla cinsi əlaqədə olmaq qadının orucunu pozur. Qəzasını tutması lazımdır.Qadın cinsiyyət üzvünə yağ və s. bu kimi şeyləri damızdırsa orucu pozulur, qəzasını tutmalıdır.Oruclu şəxs sulu və ya yağlı barmağını arxasına daxil etsə orucu pozulur, qəzasını tutmalıdır.Oruclu şəxs arxasına pambıq, əski və s bu kimi şeyləri daxil etsə orucu pozulur, qəzasını tutmalıdır.Qadın cinsi orqanına sulu yaxud yağlı pambığı, əskini, əlini daxil etdə orucu pozulur. Qəzasını tutmalıdır.Bir kəs Ramazan orucu xaric, digər bir orucu bilərəkdən pozsa sadəcə qəzasını tutması lazımdır. 

Yuxarıda sadalanan halların heç birində kəffarət lazım gəlmir.
 
ORUCU POZAN, HƏM QƏZA TUTMAĞI HƏM DƏ KƏFFARƏT TƏLƏB EDƏN HALLAR. 
   Əvvəlcə qeyd etmək lazımdır ki, kəffarə üç yolla ödənir. a) bir qul azad etmək, b) fasiləsiz olaraq altmış gün oruc tutmaq. c) altmış kasıba yemək yedirmək. Kəffarə ödəyən öz halına görə bunlardan birini seçir.
 Qida və qida hökmündə olan şeyləri şər`i bir üzr olmadan yemək. Adətən ərzaq olaraq istifadə edilən bir şey qida hesab olunur. Dərman, siqaret, tiryək və s kimi şeylər də qida hökmü daşıyır. Bu kimi şeylərlə orucunu açan şəxs həm qəza tutmalıdır, həm də kəffarə ödəməlidir. Bir kəsin qeybətini etdikdən sonra, qan aldırdıqdan sonra, şəhvətlə tutduqdan və ya öpdükdən sonra, qucaqlaşıb yatdıqdan və ya bığına yağ sürtdükdən (bunu “üzünə krem sürtdükdən” şəklində də deyə bilərik) sonra orucum pozuldu deyə düşünərək bilərəkdən yeyə, içən şəxs həm orucun qəzasını tutur, həm də kəffarət ödəyir. Qeyd: Bu hallardan birinin təfsilatında fiqhi  bilən bir alim orucun pozulub deyərsə, onda sadəcə qəza tutmaq lazım olur, kəffarə ödənməz.Ağzına düşən yağış və ya qar suyunu, şəhvət üçün arvadının ağız suyunu qəsdən udan şəxs həm qəza tutmalıdır, həm kəffarət ödəməlidir. Eləcə də torpaq, gil, təbaşır kimi şeyləri yemək adəti olan şəxs bu kimi şeyləri yesə həm qəza tutmalıdır, həm kəfarət ödəməlidir. Şəhvətini tam olaraq təmin edən şəxs həm qəza tutmalıdır, həm kəffarət ödəməlidir. (Qeyd: şəhvəti tam olaraq təmin etmək cinsi həvəs oyadan adamın ön və ya arxa tərəfinə cinsi aləti daxil etməkdir. Sperma ifraz olub olmaması əsas deyil.)Oruclu bir qadın kiçik yaşlı bir uşağa və ya dəliyə özünü təslim edərsə qadına həm qəza, həm kəffarət  vacib olur. 
 ORUCU POZMAYAN HALLAR
Oruclu olduğunu unudaraq yeyən, içən və ya cinsi yaxınlıq edən şəxsin orucu pozulmur. Amma yadına düşən kimi dərhal etdiyi işi saxlamalıdır. Yemək yeyən ağzındakı tikəni çıxarmalı, cinsi yaxınlıq edən özünü saxlamalıdır. Əgər edilən əməl saxlanılmaz davam edilərsə oruc pozulur.Baxmaq və ya fikirləşmək nəticəsində mənisi (sperma) ifraz olan şəxsin orucu pozulmur, amma günahkar olur. Gündüz vaxtı yatarkən ihtilam olan (şeytani) kəsin orucu pozulmur. Gözə dərman damızdırmaq və sürmə çəkmək orucu pozmur.Qan aldırmaq orucu pozmur.Misvakdan istifadə etmək orucu pozmur.Ağızdolusu deyil, yüngülcə ağızı su ilə çalxalamaq və buruna azacıq su çəkmək orucu pozmur. Qüsl almaq, sərinləmək üçün islaq bir şeylə bürünmək orucu pozmur. (Sərinləşmək üçün çimmək məkruhdur.)Qeybət etmək orucu pozmur.Oruclu kəsin özündən asılı olmayaraq boğazına tüstü, toz, milçək kimi bir şey gedərsə oruc pozulmur. Oruclu olduğu yadında olan bir kəs xoş qoxulu bir şeyi yandıraraq tüstüsünü qoxlayarsa orucu pozulur. Diş çəkdirən axan qanı və dərmanı udarsa orucu pozulur, bunları udmazsa pozulmaz.Kişinin cinsi alətinin kanalına su, yağ və ya dərman daxil edilsə orucu pozulmur.Qulağa su düşərsə oruc pozulmur. Qulaqtəmizləyənlə qulağı təmizləmək də orucu pozmaz. Amma belə şeyləri etməmək daha yaxşıdır. Bəlğəm və burun suyunun nə daxilə, nə xaricə ifrazı orucu pozmaz.  Bəlğəm dilin üstünə gəldikdən sonra onu geri udmaq orucu pozur. Qeyri ixtiyari olaraq qusmaq orucu pozmaz.Dişlər arasında qalmış, noxud dənəsindən kiçik olan bir yemək qırıntısını udmaq orucu pozmaz.Çatdırıb qüsl edə bilməyən kəsin gündüz cünüb qalması orucu pozmur. 
Əzələ və ya dəri altına qidalandırıcı tərkibi olmayan iynə vurmaq orucu pozmaz.
 ORUCLUNUN ETMƏSİ MƏKRUH OLAN ŞEYLƏR.
Üzürsüz olaraq hər hansı bir şeyin dadına baxmaq və ya çeynəmək məkruhdur. Çünki belə şeylər orucun pozulmasına aparan əməllərdir.Saqqız çeynəmək məkruhdur.Qucaqlamaq, öpmək, tutmaq kimi şəhvəti oyadan işlər məkruhdur.Bilərəkdən ağız suyunu yığıb sonra udmaq məkruhdur.Qan aldırmaq və s kimi oruclu şəxsi zəiflədəcək şeylər məkruhdur.
AzerTaym.az






Fikirlər