“Duş 1 manat, soyunma otağı 20 qəpik, namaz otağı pulsuz”- REOPRTAJ, FOTOLAR

Yayın qızmar istisində istirahət üçün insanların yollandığı çimərliklərdən biri də Pirşağı – Qızılqum çimrəliyidi. Bu dəfə biz də Moderator.az olaraq yolumuzu adı çəkilən çimərliyə salıb çimərlikdəki vəziyyətlə maraqlandıq.

Metronun “Koroğlu” stansiyasından çıxıb Kürdəxanı – Pirşağı qəsəbəsinə gedən 173 – saylı xətt üzrə hərəkət edən avtobusa əyləşdik. Avtobusta elə də çox adam gözümüzə dəymədi. Bəzi insanlar bunu insanların maddi durumunun yaxşı olmaması ilə, bəziləri isə bu gün dənizin küləkli olması ilə əlaqələndirdilər.
Çimərliyə çatıb avtobustan düşürük və asfaltdan çimərliyə qədər təxminə 500 metr piyada yol gedirik. Çimərliyə çatanda bir tərəfdə kabab bişən manqalın qoxusu, bir tərəfdə tüstüləyən somavarın tüstüsü burnumuza dəyir. Çimərliyin girişində əlində it gəzdirən uşaqlar üstümüzə qaçır:
- Əmi, bizim də şəklimizi çək.
Uşaqlardan bir neçəsinin şəklini çəkib çimərlikdəki qiymətlərlə maraqlanmaq üçün işçilərə yaxınlaşıram. Çimərlik işçiləri bildirir ki, burada sakinlərə istirahət üçün hər cür şərait yaradılıb. Belə ki, onların istirahəti üçün tikilən kupelər onlara bir günü 5 manata təklif olunur. Bundan başqa kafələrdə münasib qiymətə kabab və balıq yeməkləri təklif olunur.
Bundan başqa sakinlərə tualet pulsuz, soyunma odası isə 20 qəpiyə təklif olunur. Bundan başqa duş qəbulu 1 manata təklif olunur. Burada həmçinin namaz qılan insanlar üçün namaz otağı da varki, o da sakinlərə pulsuz təklif olunur.
Hava küləkli olduğundan dənizdə kimisə çimən görmədik. Ayaqlarını quma basdırmış sakinlər qızmar günəş altında soyuq qarpız kəsib yeyirdilər.
Qızılqum çimərliyi təmizliyi ilə diqqəti çəksə də, Pirşağı çimərliyində o qədər də ürək açmayan mənzərə ilə rstlaşdıq. Burada sakinlər üçün tikilmiş kupelər uçub – dağılmış, ətrafa səpələnmiş zibilliklər diqqətimizi çəkdi.
 
 






Fikirlər