Silah zavodunda partlayış, ölən və yaralananlar var – YENİLƏNİB

Bu dəqiqələrdə Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur. Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı(musavat.com).
***
“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.
****
Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.






Fikirlər