HƏKİM: “Mobil telefonlar onurğa sütunu xəstəliklərini artırıb”

​Həkim: “Mobil telefonlar onurğa sütunu xəstəliklərini artırıb”

"İnsanlar arasında telofondan istifadə faizinin yüksəlməsi onurğa stünu xəstəliklərini artırıb".
Bunu "Report"a fizioterapevt Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, insanlar telefondan istifadə edərkən bədənlərini əyirlər: "Boyun aşağı sallanmış vəziyyətdə telefonda saatlarla oyun oynayırlar. Bu da onurğada böyük problemlərə gətirib çıxarır. Sinir sıxılmaları, baş ağrıları özünü göstərir. Bundan başqa, telefon radiasiya da yaradır. Ona görə də telefonla çox danışmaq məsləhət görülmür. Nə qədər imkan varsa, o qədər az danışmaq lazımdır. Hətta telefon olmasa, çox gözəl olar".
Həkim bildirib ki, mobil telefonların olmadığı dövrdə insanlarda indiki kimi onurğa xəstəlikləri olmayıb. Hazırda isə bu xəstəliklə bağlı müraciət edənlərin sayı çoxalıb: "Onurğa problemi ilə bağlı müraciət edən xəstələrin müayinəsi, əlamətlərin araşdırılması zamanı narahatlıqların daha çox telefon istifadəsindən yarandığı ortaya çıxır. Problemlə bağlı müraciət edənlər arasında hər yaşdan olanlar var. İnsanın sağlamlığı birinci növbədə onun qamətindədir. 
Əgər onurğa stünunun qamətində problem yaşanırsa, bu insan sağlamlığına mənfi təsir göstərir. Zaman-zaman fəqərələr burulur, əyilir. Bu, skolioza gətirib çıxaran amillərdən biridir".
Z.Əliyev bildirib ki, bu gün Azərbaycanda onurğa stünu xəstəliklərinin müalicəsində yeni üsullar tətbiq olunur: "Bu üsullar arasında defonaterapiyanı göstərmək olar ki, onunla da Azərbaycanda cəmi bir-iki həkim məşğul olur.  

 

 






Fikirlər