Bu içkilər xərçəng yaradır - DİQQƏT!
Yeni Orlean Universiteti (ABŞ) alimləri təxmin edirlər ki, şirin qazlı içkilərin (kola, pepsi və s) çoxlu miqdarda qəbulunun xərçəng xəstəliklərinin inkişafı ilə birbaşa əlaqəsi var. AzerTaym.az “Qafqazinfo”- ya istinadən bildirir ki, bu içkilər şəkərlə olduqca zəngindir. Şəkərin çoxlu miqdarda qəbulu isə tək şəkərli diabet və piylənmənin riskini deyil, xərçəngin riskini də artırır. Xüsusilə də bu mədəaltı vəzi, yoğun bağırsaq, qadınlarda uşaqlığın xərçənginə aiddir. Həmçinin qidalanmasında çoxlu şirin qazlı içkilər olan insanlarda xərçəngin residivləşməsi riski də artmış olur.