Respublika Kliniki Xəstəxanasında hamilə qadının başına bu oyunu açdılar - DƏHŞƏTLİ FAKT

Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında həkimlərin səhlənkarlığının daha bir qurbanı məlum olub

Politika.Az-a verilən xəbərə görə, Sevda Xəlilova adlı pasient başına gələn müsibətdən şikayətçidir. Onun sözlərinə görə, xəstəxananın burun-boğaz həkimi Gülyaz Kazımovanın yanına gedib. 
"Qeyd edim ki, özüm hamiləyə və hardasa bir aydir ki sağalmıram, qripin qaymoritə çevrildiyini düşünürəm. Burnuma baxdı, "hə, sənin burnun bərbad vəziyyətdədir" dedi. Boğaza da eyni "diaqnoz" qoydu. Burnumu otsos adlanan alətlə təmizləd və dərman yazdı.
Diaqnozum haqda heç nə demədi,xəstəliyin adını demədi.Başımda dəhşətli ağrılar var. Üstəlik 20 manat aldı. Xəstəliyimin sağalmasında heç bir irəliləyiş yoxdur.
Məndə günahdır ki, həkimlərin bisavad, səhlənkar olduğunu bildiyim halda yenə müraciət etmişəm. Sadəcə, hamiləliyə görə narahat olmuşdum deyə həkimə getdim. Belə vicdansız tibb işçilərindən uzaq olmaq lazımdır”.
Politika.Az-a verilən xəbərə görə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov səhiyyə naziri Oqtay Şirəliyevə hər rübdə "hesabat” verir. Baş həkim üç aydan bir nazirin "haqqı”nı çatdırır.
klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir.
Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır.
Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur.
Zobdan müayinə olunmaq istəyirsənsə 15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək.
Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.
Həyat yoldaşının qeysəriyyə əməliyyatı ilə ana olacağını deyən bir vətəndaş bunun üçün həkimə 700 manat ödəməlidir. Adi doğuş üçün isə xəstələr 400-450 manat ödəməli olurlar. Ona görə də S.Xəlilovanın başına gələnlər təəccüb doğurmur./politika.az






Fikirlər