Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin özbaşınalığı
Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin korrupsiyaya qurşanması ilə bağlı yerli mediada çox yazılıb. Qeyd olunub ki, Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini özəl biznes qurumu kimi çalışdırır. Mənimsənilən dövlət vəsaitləri hesabına Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayonun ən varlı şəxslərindən birinə çerilib. Baş həkim Hacıömər Nuriyev Baləkən Səhiyyə İdarəsini sağlamlıq bazarına çevirib. Səhiyyə ocaqlarında ən adi dərman pereparatları və tibb ləvazimatlaırı tapılmadığı halda elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəsğələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar. Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM (daha çoz UZİ aparatı kimi tanınır-red.) avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir. H.Nuriyevin olduqca maraqlı qayda və qanunları da var. Balakən Mərkəzi Xəstəxanasının baş həkimi ildə iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə ildə bir dəfə yığılır. H.Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq. Baləkən rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib. Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona bir şey edə bilməz. Xəstələrin dərmamından tutmuş təcili yardım maşınlarına sərf edilən benzinin pulu baş həkimin cibinə gedir. Hər doğuşdan, laboratotiya, USM, Rentgen kabinetindən hər ay faiz alır. Maliyyə yoxlamasının gəldiyini bəhanə edərək hər həkimdən 1000, tibb bacılarından 500, kiçik tibb işçilərindən isə 100 manat məcburən yığır. Pulu verməyəni isə işdən qovacağı ilə hədələyir. Həkim 150 manat maaş alır, tibb bacılarının əksəriyyətinin banklara kredit borcları var. Haradan baş həkimə pul versinlər. Hamıya da car çəkib ki, yığılan pulların yarısı nazirə gedir. Bu şəsxin 6 ildir xəstəxananı dağıtdığı iddia edilir. Xəstəxənada vəziyyət getdikcə pisləşir. 1 okladlıq yeri bir neçə işçiyə satır, analıq məzuniyyətinə çıxan işçilərin yerlərini də hərraca çıxarır. Bir neçəsinin isə pulunu əvvəlcədən alıb, analıq məzuniyyətinə çıxacaqları gözləyir. Özünə 2 villa tikdirib, bahalı avtomobillərə sahibdir, Bakıda yeni tikilən binalardan da mənzillər alıb. Hətta o da bildirilir ki, baş həkimin 3 arvadı var, bu yaxınlarda bir oğlu da dünyaya gəlib. Nəvələri olan baş həkim, oğluna rayonda Aptek açdırıb, dövlətin xəstəxanaya verdiyi dərmanlar aptekdə satılır. Qeyd edək ki, Balakən rayonunda Mərkəzi Xəstəxana ilə yanaşı 1 Mərkəzi poliklinika, 1 qəsəbə xəstəxanası, 14 kənd həkim məntəqəsi və 16 feldşer-mama məntəqəsi fəaliyyət göstərilir. Həmçinin Balakən Mərkəzi Xəstəxanasında Kardiologiya, Anesteziologiya və reanimasiya,Təcili və Təxirəsalınmaz yardım, Urologiya, Nevrologiya, Fizioterapiya, İnfeksion xəstəliklər, Laboratoriya, Otolorinqologiya, Narkoloji, Oftolmologiya, Təcili Tibbi Yardım, Terapiya Ultrasəs müayinəsi, Cərrahiyyə Rentgenolojiya, Funksional diaqnostika, Dəri-Zöhrəvi, Qadın məstəhətxanası, Pediatriya, Doğum şöbəsi, Ftiziatriya, Ginekologiya, və Stomotologiya şöbələri fəaliyyət göstərir.