Göyçayın milyoner baş həkimi gəlir mənəbyini açıqlaya bilərmi?

bitmap-img6120 min dollarlıq maşında gəzən baş həkim özünü rayon səhiyyə sisteminin rəhbəri kimi deyil, milyoner bir iş adamı kimi aparır
Famil Zeynalov kasıb və imkansız insanların sağlamlığı ilə alver edir və açıq şəkildə soyğunçuluqla məşğul olaraq pulsuz heç kimin müalisə almasına imkan yaratmır.
Azərbaycan Respublikası özünün konstitutsion quruluşu ilə sosial istiqamətə ağırlıq verən ölkədir və hər il dövlətin sosial sahəyə ayırdığı vəsaitlər doğurdan belə deməyə əsas veiir ki, istər hökümət, istərsə də ölkə prezidenti ölkə əhalisinin sosial təminatını həmişə diqqət mərkəzində saxlayır. Lakin çox təəssüflə qeyd etməliyiki ki, reallıqda heç də Azərbaycan Respublikasını sosial istiqamətli ölkə adlandırmaq mümükün deyil. Buna səbəb isə, yerlərdəki korrupsiyaya qurşanmış məmurlarıdır. Məhz yerlərdəki korrupsioner məmurlar ölkəni sosial pproblemlər bataqlığına sürükləyiblər və sürükləməkdə davam edirlər. 
Bu məmurlara ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bir çox məmurlar prezidentin xəbərdarlıqlarını qulaqardına vurmaqla yanaşı,dövlətin sosial xidmət göstərən müəssisələrini özlərinin biznes mərkəzinə çeviriblər. Bu mənada Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovun korrupsioner fəaliyətini misal olaraq göstərmək mümükündür.
Göyçaydan AzMediaö.info saytına daxil olan məlumata görə Famil Zeynalov dövlətin Göyçay əhalisininsağlamlıq problemələrinin həlli üçün yönləndirdiyi vəsaitləri mənimsəməklə qalmır, eyni zamanda kasıb və imkansız insanların sağlamlığı ilə alver edir və açıq şəkildə soyğunçuluqla məşğul olaraq pulsuz heç kimin müalisə almasına imkan yaratmır.
Bu barədə saytımızı məlumatlandıran şikayətçinin bildidiyinə görə 120 min dollarlıq maşında gəzən baş həkim özünü rayon səhiyyə sisteminin rəhbəri kimi deyil, milyoner bir iş adamı kimi aparır. Baş həkim elə bu üzdən də rayonun bütün tibb ocaqlarını özünün atadan qalmış biznes ocağı kimi görür. Belə ki, şikayətçinin sözlərinə görə bütün həkimlərdən həy ay 500 manat haqq tələb edir. Bunu həkimlər özləri xəstələrə deyir ki, nolur-olsun baş həkim onlardan hər ay 500 manat tələb edir. Ona görə də bütün xəstələrə hər cür xidmət pulludur. Həm də sıfır keyfiyyətlə ən yüksək qiymətlərlə.
Famil Zeynalovun 120 min dollarlıq maşını
Xəstəxanalarda dərman tapmaqdan isə söhbət belə gedə bilməz. Dövlətin ayırdığı bütün dərmanlar heç xəstəxanalara girmədən apteklərə yönəlir və baha qiymətə satılır. Elə dövlətin ayırdığı büdcə vəsaitləri ilə də Göyçayın baş həkimi milyonenr kimi yaşayır. Bir neçə maşina Bakıda evlərə və villara sahib olan baş həkim işə 120 min dollarlıq maşınla gəlib gedir. Maşının nömrəsi isə Famil Zeynalovun 5 min manat xərc çəkdiyi bildirilir. Hətta baş həkimin dillərə dastan arı fermasının da olduğu qeyd olunur. 
Şikayətçi bildirir ki, Oqtay Şirəliyevin Göyçaydakı kadrı son zamanlar özü üçün yeni bir gəlir sahəsi də tapıb. Belə ki, baş həkim tibb personalına ixtisarların olduğunu bildirir və işdə qalmaq üçün adamlardan 100-1500 manat civarında pul tələb edir. Şikayətçi onu da qeyd edir ki, Famil Zeynalovun ondan rüşvət istəməsi ilə bağlı səs yazısı var və gərəkirsə, həmin səs yazısını saytımıza təqdim edə bilər. Qeyd edək ki, həmin səs yazısını əməkdaşımız dinləyib.
Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu və ya digər korrupsioner faliyyəti və dövlət vəsaitlərini talamaqla əldə etdiyi sərvəti ilə bağlı daha ətraflı məlumatlarla ikinci yazımızda tanış olacaqsınız. Bizi izləyin.
 






Fikirlər