Həkimlərin fəaliyyəti məhdudlaşdırılacaq – Xəbərdarlıq

 

99935Özəl tibb müəssisələrində çalışan göstərən həkimlərin fəaliyyəti ciddi nəzarətə götürüləcək. Milli Məclisin Sosial siyasət komitəsinin keçirdiyi iclasda məsələ müzakirə olunub. Yeni dəyişikliklər “Özəl tibb fəaliyyəti haqqında” qanunda öz əksini tapıb.
Millət vəkili Hadı Rəcəbli bildirib ki, bu qanunun tətbiqindən sonra həkimlər yalnız öz ixtisas sahələrinə uyğun müayinə və müalicə edə biləcəklər:”Bu qanun əvvəllər da var idi, lakin dövlət müəssisələrində çalışan həkimlərə şamil olunurdu. Son zamanlar özəl klinikalarda özbaşnalığın çoxaldığını görüb, bu qanunu onlara da tətbiq etmək qərarına gəldik. İndi həkim hansı xəstəlik üzrə lisenziya alıbsa, yalnız o xəstəlik üzrə də pasiyentinə xidmət edə bilər. Əks halda, onu cərimə gözləyir”

Bununla bağlı layihə artıq müzakirə olunub, səsə qoyularaq plenar iclasa göndərilib, yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir. Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.
Qanunun digər bir maddəsində isə, deyilir ki, həkim ona aid olmayan xəstəliklə yaxınlaşan pasiyenti lazımlı müəssisə və həkimə istiqamətləndirməlidir. Qanuna əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Millət vəkilinin sözlərinə görə gələcəkdə bu sistem birbaşa Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə həyata keçiriləcək. Yəni, həkimlərdə nazirlik tərəfindən verilən xüsusi siyahı olacaq ki, məhz, o siyahı əsasında xəstələr onlara lazım olan həkimin ünvanını və adını biləcəklər. Bunun üçün çox vaxt sərf etmiş olmayacaqlar.






Fikirlər