Körpələr evindəki yanğınla bağlı rəsmi məlumat yayıldı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün axşam saatlarında Qax rayonundakı uşaq bağçalarından birində baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az saytı xəbər verir ki, nazirliyin saytında yerləşdirilmiş məlumata görə, rayonun Cəlayir kəndində İcra Hakimiyyətinə məxsus, ümumi sahəsi 252 m2 olan kürsülü birmərtəbəli, 7 otaqdan ibarət uşaq bağçasında yanğın nəticəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 50 m2 sahədə yanıb. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:28-də söndürülüb. 23:29 Qax rayonunda yerləşən körpələr evində yanğın baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 m2 olan 11 saylı körpələr evində qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb. Nəticədə bağçanın 1 otağının 38 kvm hissəsi və çardağın 12 kvm hissəsi yanıb. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.