II və III qrup əlillər əmək qabiliyyətli hesab OLUNACAQ

Azərbaycanda II və III qrup əlillər əmək qabiliyyətli hesab olunacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən danışarkən deyib.

O bildirib ki, bunlar insanların işlə təmin olunmasına şərait yaratmaq üçündür: “Əlillərin işə düzəlməsini gündəmə gətirmək lazımdır. Onların çalışmasını diqqətdə saxlamalıyıq”.






Fikirlər