Azərbaycanda məktəbi su basdı, şagirdlər evə göndərildi (VİDEO)
Ağsu rayonunda yerləşən S.Umbayev adına 2 saylı tam orta məktəbi su basıb.
AzerTaym.az Baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb məktəbin dam örtüyünün sökülməsidir.
Hadisə şahidlərinin bildirdiyinə görə, məktəbin açılmasına 5 gün qalmış məktəbin dam örtüyünü dəyişmək üçün söküblər.
"Sökdülər, elə də qaldı. İndi də yağış yağıb, məktəbi su basıb. Uşaqları göndəriblər üstümüzə ki, dərs yoxdur. Yağışın nə qədər davam edəcəyi bilinmir. Bu müddət ərzində dərs keçilməyəcək. Necə də gülməlidir, təmirə ayrılan pulu yeyiblər, 3 ay yayı yatıblar, indi ayılıblar”, bildirir.