ANTİBİOTİKDƏN UZAQ OLMAQ İSTƏYİRSİNİZSƏ, GÜNDƏ 1 STƏKAN İÇİN...
Xəstəliklərə qarşı ən böyük silahımız düzgün qidalanmaqdır. Axşam.az xarici KİV-ə istinadən sağlam olmaq istəyən insanlara mərcanı (Клюква) bitkisindən istifadə etməyi məsləhət görür. Əsasən çay halında qəbul edilən bu meyvənin faydaları nədir? - Tərlədici və sidikqovucu vasitə kimi istifadə edilib. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir. Bizim vaxtımızda bu xüsusilə vacibdir. - Vərəm, genekoloji xəstəliklər zamanı bu bitkinin şərbəti tövsiyə edilir. Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır. Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir. O, mədəaltı vəzin funksiyasını stimullaşdırır.
- Digər adı quşüzümü olan bu giləmeyvənin şirəsindən həftədə 3 stəkan qəbul etmək damarların divarlarına yapışıb qalmış xolesterinin təmizlənməsinə kömək edir. Bu giləmeyvə hüceyrələrin yağları udma qabiliyyətini artırır və qanda zərərli xolesterinlərin toplanmasının qarşısını alır.
- Bu bitkinin çayından içənlər antibiotikdən uzaq olar.
- Mərcanı bakteriyalara qarşı savaşır. Ağzımızdakı bakteriyaların dişimizə yapışmasına qarşı çıxır. Diş əti narahatlıqlarını aradan qaldırır.
- Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırma müalicəsində istifadə edilib.
- Gündə bir stəkan mərcanı şirəsi içmək sümükləri möhkəmləndirir.