Əncir, bal, kök... - Gümrah Olmaq İSTƏYƏNLƏR ÜÇÜN

Fasiləsiz və gərgin iş rejimi sizi yorub?

İstirahətiniz üçün vaxt ayıra bilmirsiniz?

Özünüzü gümrah hiss etmək üçün hansı vasitələrə əl atmaq haqqında düşünürsünüz?

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

Orqanizmə güc və enerji vermək, onu vitaminlərlə zənginləşdirmək, həmişə gümrah olmaq, daxili orqanların işini asanlaşdırmaq üçün çox asan başa gələn, faydaları isə əvəzsiz olan əncir, bal və kökdən hazırlanmış həyat cövhəri bütövlükdə insanın səhhətinə müsbət təsir göstərərək cavanlığın ömrünü uzadır, insana gümrahlıq verir.

Cövhəri hazırlamaq üçün bir stəkan qurudulmuş əncir ətçəkən maşında çəkilir və üzərinə 500 qram qaynar su əlavə edilir, qarışdırılaraq zəif odun üstündə qaynayana qədər saxlanılır. Alınmış məhlul iki saat saxlandıqdan sonra süzülür, üzərinə bir xörək qaşığı bal və 250 qram kök şirəsi əlavə olunur.

Bununla da həyat cövhəri istifadə üçün hazırdır. Cövhər gün ərzində yarım stəkan 4-5 dəfə qəbul edilir.

Bu həyat cövhərinin möcüzəsi nədən ibarətdir?

Əncir vitamin və mikroelementlərlə yanaşı, həm də efir yağları ilə zəngindir ki, bu da ürək-damar və qan damar sistemi üçün olduqca faydalıdır. Xüsusilə, belə tərkibli qidalar zehni fəaliyyətlə məşğul olan insanlara tövsiyə edilir.

Kök şirəsini isə öz zəngin tərkibi ilə faydalı maddələrin anbarına bənzətmək olar. Bu zəngin tərkib orqanizmin immun sistemini gücləndirir, xəstəliklərin qarşısını alır, mövcud olan xəstəliklərin müalicəsində orqanizmə yardımçı olur.

Balın saysız-hesabsız faydaları isə hamıya yaxçı məlumdur.

Şəkərli diabet xəstələri və mədə xorası olanlara bu həyat cövhərindən istifadə etmək məsləhət görülmür.

AzerTaym.az






Fikirlər