Ölümdən başqa bütün xəstəliklərin dərmanı
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, müasir biolji təbabətdə də faydalı xüsusiyyətləri tam təsdiq olunan bitkilərdən biri qara zirədir. Demək olar ki, qara zirənin tərkibində insan orqanizmi üçün zəruri olan bütün maddələr var. Məhz bu zəngin tərkibinə görə onun orqanizmə müsbət təsirlərini saymaqla qurtarmaq olmaz.
Şəkərli diabet (ikinci tip) zamanı gün ərzində 2 qram qara zirədən istifadə etmək qanda şəkərin səviyyəsini aşağı salır.
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qara zirədən istifadə ən yaxşı vasitələrdən biridir.
Qara zirə göbələk və iltihab əleyhinə xassələrə malikdir.
Tənəffüs orqanları xəstəliklərində qara zirədən istifadə olunur.
Onun əsas faydalarından biri də cinsi fəaliyyətlə bağlı problemlərin aradan qaldırılmasında effektli vasitə kimi istifadə olunmasıdır. Belə ki, qara zirə cinsi fəallığı gücləndirir.
Xərçəng xəstəliklərinin profilaktikası üçün qara zirə olduqca faydalıdır.
Qara zirədən müntəzəm istifadə etmək dərini cavan saxlayır və dəridə sızanaqların, digər problemlərin yaranmasının qarşısını alır.
Bel, oynaq, diz ağrıları zamanı qara zirə xeyirlidir.
Sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir göstərir.
Qaraciyərin, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.
Qara zirənin möcüzəvi faydalarından biri də immuniteti gücləndirməsi, bədənə gümrahlıq və enerji verməsidir.
O həmçinin görmə qabiliyyəti üçün də xeyirlidir.
Qara zirə qan laxtalanmasını tənzimləyir.
Sidikqovucu və ödqovucudur.
Orqanizmin sağlamlığını qaydasında saxlamaq üçün hər gün bir çay qaşığı qara zirə yağı içmək müsbət nəticə verir.
Bu yağ damarları təmizləyir və onların elastikliyini təmin edir.
Həmçinin qara zirə yağı həzmi yaxşılaşdırır, piylənmənin qarşısını alır.
Qara zirənin faydaları haqqında bu siyahını bir az da uzatmaq olar. Ancaq bu qədər yazı-pozudansa ondan istifadə edib faydasını görmək daha yaxşıdır. Odur ki, sağlamlığının qiymətini bilənlər qara zirədən istifadə etməyi unutmasınlar.
Hamilə qadınlara qara zirədən istifadə etmək məsləhət görülmür.