Jurnalistlər kişi üstündə saçyolduya çıxdı - XƏBƏRLƏR-in aparıcısının qulaqları qırıldı - FOTO

Aparıcılar kişi üstündə dalaşıb, bir-birinə xəsarət yetiriblər.

Unikal.org nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Virciniya ştatındaeyni kanalın jurnalist olaraq fəaliyyət göstərən iki əməkdaşı oğlan üstündə saçyolduya çıxıb.

Belə ki, WSAZ-TV-nin hava haqqında məlumat proqramının aparıcısı 26 yaşlı Chelsea Ambriz ona söz atan həmkarını barda itələyib. Yerə yıxılanErica Bivensin kəllə sümüyündə çatlar əmələ gəlib, qulaqları qırılıb. Hazırda o, yaxşı eşidə bilmir.

Hadisəyə səbəb isə Bivensin sevgilisidir. Belə ki, sevgilisi ilə birlikdə bara gedən Bivens gözləmədiyi anda Ambriz ilə qarşılaşıb. O, əvvəllər Ambriz ilə yaxın olan sevgilisini qısqanıb və onlar arasında mübahisə yaranıb. Nəticədə Bivens bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.O, hazırda evə buraxılıb. Bivens sosial şəbəkədə paylaşım edərək hər şeyi unutmaq istədiyini, eşitmə probleminin olduğunu qeyd edib.






Fikirlər