Deputatı barda döydülər

Deputatı barda döydülər
Deputatı barda döydülər














Latviya Seyminin deputatı Artur Kayminş barda dava nəticəsində burnundan zədə alıb.

"Report" xəbər verir ki, parlamentarinin sözlərinə görə, o, Seymdə pravoslav Miladının rəsmi bayram kimi tanınması təşəbbüsünü dəstəkləməkdən imtina etdiyinə görə zərər çəkib.

İnsident ötən həftə "Latvijas 1. rokkafejnīca" barında baş verib.

Deputat bildirib ki, ona arxadan barın mühafizəçilərindən biri hücum edib və guya "səni 7 yanvar bayramına görə vurdum" deyib. Nəticədə deputat üzü üstə yerə yıxılıb və burnu qırılıb.






Fikirlər