14.04.2014. - Mir Şahin deputatı təhqir etdi - VİDEO
ANS-də yayımlanan "Hesabat" proqramında Mir Şahin Etibar Hüseynovdan da danışıb.
O bildirib ki, deputat zərbəni özündən yayındırmaq üçün ANS-ə yönəldir. Mir Şahin Etibar Hüseynovun deputat seçilməsini də şübhə altına alıb: "Pis-yaxşı deputat olubsan, ya səni ediblər, bilmirəm. Oturduğun yeri batırma də, qardaşım. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq baxçası deyil. Lap elə uşaq baxçası sayırsansa, onda böyüklərə qulaq as".
Qeyd edək ki, ANS-də Kəlbəcərin işğalı ilə bağlı narazılıq doğuran reportaj yayımlandıqdan sonra Etibar Hüseynov Feysbukda status paylaşmışdı ki, onu qınayanlar ANS-ə heç nə demirlər.