21.02.2014. - Şahin Mustafayevin səlahiyyəti artırıldı
İqtisadiyyat və sənaye nazirinə müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilib.
AzerTaym.az APA-ya istinadən xəbər verir ki, bu, dünən prezident İlham Əliyevin təsdiqlədiyi İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamədə əksini tapıb.
İqtisadiyyat və Sənaye Nazirliyi xarici dövlətlərdəki diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını da həyata keçirəcək. Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin müavinlərinin də sayı artırılaraq 5-ə çatdırılıb.
Hazırda iqtisadiyyat və sənaye nazirinin 3 müavini var.