Satış yarmarkaları bu gündən fəaliyyətə başlayır
Azertaym.az -ın verdiyi xəbərə görə, yarmarkaların təşkili Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkalar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə keçirilir.
Yarmarkalar 28-31 dekabr tarixlərində fəaliyyət göstərəcək.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil edilib:
Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
Xətai rayonu
- Bakı kinoteatrının yanı;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;
Nəsimi rayonu
- “Təzə bazar”ın ərazisi;
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.