Saxta reklam edən mağaza aşkarlandı
Saxta reklam edən mağaza aşkarlanıb. Azertaym.az-in İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 72-5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehtiyev Rəşad Elşad oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Belə ki, mağazanın giriş hissəsində "30% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.