Deputatı qəzəbləndirən klinika hansı məmurundur?

Deputatı qəzəbləndirən klinika hansı məmurundur?Ötən gün məlumat vermişdik ki, deputat Elmira Axundova "Azercell"dən şikayətçi düşüb. Buna səbəb isə şirkətin davamlı olaraq ona klinika SMS-ləri göndərməsidir.

"AzerTaym.az" xəbər verir ki,bu barədə bu günlərdə JAM.AZ-a verilən məlumatda qeyd olunurdu ki, SMS-də doğuşun reklamını aparan klinika Baku Medical Plaza olub.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, sözügedən tibb müəssisəi heç də kiçik ranqlı məmurun deyil. Belə ki, Baku Medical Plazanın əsas himayəçisi Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.

Məlumatda o da qeyd olunur ki, Rüstəmovun klinikaları bununla bitmir. Onun daha bir neçə özəl tibb müəssisəsinə sahibləndiyi deyilir.






Fikirlər