15.O1.2014. - Avstriyada Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır

15.O1.2014. -  Avstriyada Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır Gələn ay - fevralın 17-də Vyana məhkəməsi Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkətinin Azərbaycan və Suriyadan banknot çapı üçün sifarişlər almağının əvəzində bu ölkələrin Mərkəzi banklarının rəhbərlərinə on milyonlarla avro rüşvət verməsi ilə bağlı işə baxacaq.
AzerTaym.az saytı bu barədə Avstriya mətbuatına istinadən xəbər verir.
Gözlənilir ki, məhkəmə prosesində Azərbaycanın Mərkəzi Bank rəhbərliyinə on milyonlarla avro rüşvət verilməsi məsələsi ilə bağlı detallar açıqlanacaq, təqsirləndirilən şəxslər rüşvətin necə ötürüldüyünə dair ifadələr verəcəklər.
Azərbaycan Mərkəzi Bankı Avstriyadakı bu rüşvət qalmaqalını heç vaxt şərh etməyib. Baxmayaraq ki, Qərb mediası əvvəllər bu rüşvət qalmaqalından dəfələrlə yazaraq Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin adını çəkib.
15.O1.2014. -  Avstriyada Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır
15.O1.2014. -  Avstriyada Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır
Yada salaq ki, Avstriyanın “OeBS” şirkəti ilə Azərbaycanın Mərkəzi Bankı arasında 2007-2010-cü illərdə bağlanmış müqavilələrə görə, azərbaycanlı məmurlara “şapka” ödənilməsi iki il əvvəl üzə çıxıb. Avstriyada ciddi qalmaqala səbəb olan bu rüşvət əməliyyatının araşdırılması zamanı məlum olub ki, “OeBS” şirkətinin rəhbərliyi Azərbaycan manatının çapı üçün sifarişləri almağın əvəzində Mərkəzi Bankın rəhbərliyinə bir neçə mərhələdə on milyonlarla avro rüşvət verib. Pullar Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkətin hesablarına köçürülüb.
15.O1.2014. -  Avstriyada Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır
15.O1.2014. -  Avstriyada Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır
Analoji əməliyyat Suriyanın Mərkəzi Bank rəhbərliyi ilə də aparılıb. Avstriyanın Mərkəzi Bankının qubernatoru Volfhanq Duçatzek bu qalmaqala görə ötən il istefa verib. O, rüşvət əməliyyatından xəbərdar olaraq tədbir görməməkdə ittiham olunurdu.

Avstriya mətbuatı yazır ki, Mərkəzi Bank qubernatoru rüşvət işi üzrə yaxınlaşan məhkəmə prosesi ərəfəsində daha bir pis xəbər eşitməli olub. Onun Mərkəzi Banka qarşı qaldırdığı iddia məhkəmədə təmin olunmayıb. Volfhanq Duçatzek istefa verəndə Mərkəzi Bank ona ayda cəmi 3 min avro pensiya kəsib. Keçmiş baş bankir pensiyanın məbləğindən narazıdır və ona sosial ödəmənin düzgün hesablanmadığını iddia edirdi.






Fikirlər