Diktatorun oğluna rüşvət ittihamı

Diktatorun oğluna rüşvət ittihamıDünyanın böyük təyyarə mühərriki istehsalçılarından “Rolls Royce” İndoneziyanın keçmiş diktatorunun oğluna 20 milyon dollar və mavi bir “Rolls Royce” model avtomobili rüşvət olaraq verməklə günahlandırılır.

Azertaym.az saytı xarici KİV-ə istinadən bildirir ki, keçmişdə “Rolls-Royce” çalışan Dick Taylorun iddiasına görə şirkət İndoneziyanın keçmiş diktatoru gerenal Suhatronun oğlu Tommy Suhatraya rüşvət verib. İddiaya görə, “Rolls-Royce” ölkənin ən böyük hava yolu şirkəti “Stansiyasıdaya Trent”ə 700 təyyarə mühərriki sata bilmək üçün iş əlaqəsinin qurulması üçün Suhatraya 20 milyon dollar rüşvət verib, bir də mavi bir “Rolls-Royce” marka avtomobil hədiyyə edib. Hadisənin 1990-cı ildə olmasına baxmayaraq 23 il sonra iddialar haqqında istintaq açılıb.

İngiltərənin Sui-istifadə ilə Mübarizə Ofisi (SFO) bu iddiaları araşdırmaq üçün hərəkətə keçdiyini açıqlayıb. SFO 2012-ci ildə də şirkətin Çin və İndoneziyadakı vasitəçi təşkilatları haqqında məlumat alıb. “Rolls-Royce” haqqında rüşvət qalmaqalı ortaya çıxdıqdan sonra şirkətin hissələri yüzdə 0,5 faiz düşüb.

Keçən həftə Suhatranın rüşvət aldığı ilə əlaqədar olaraq bütün iddiaları rədd etməsinin ardından SFO-in sui-istifadə istintaqını açması da diqqət çəkib. “Rolls Royce” daha əvvəl 2005 və 2010-ci illərində Çindəki hava yollarına təyyarə mühərriki satmaq üçün rüşvət yoluna baş vurmaqda günahlandırılmışdı. “Rolls-Royce” isə rüşvət iddiaları ilə əlaqədar olaraq etdiyi şərhdə rüşvəti qətiliklə qəbul etməyəcəklərini açıqlayıb.






Fikirlər