"Kurtlar Vadisi Pusu" rüşvət əməliyyatını əvvəldən bilibmiş
Qeyd edək ki, Türkiyə İraqla bağlanılan son neft razılaşmasında Halkbank xüsusi rol oynayıb. Halkbanka rüşvət qalmaqalı çərçivəsində edilən əməliyyatdan dərhal sonra ABŞ Maliyyə Nazirliyi Terror və Maliyyə Kəşviyyatı məsul müşaviri David Kohen Türkiyəyə gəlib.
Teleserialda müfəttiş Kan obrazının iqtisadiyyatla əlaqədar hücumları diqqət çəkib. Necati Şaşmazın xəbər portalı yazete.com isə bu məsələ ilə bağlı "Vadi yenə bildi" başlığı ilə dərc elədiyi xəbərdə müfəttiş Kanın əvvəlki gün Türkiyəyə gələn ABŞ-lı Kohen olduğunu yazıb.