Polad Alemdar öləcək?

Suriya vəzifəsinin ölüm səyahəti olduğunu hesab edən Alemdar ailəsi və dostları ilə vidalaşır
Polad Alemdar öləcək?

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının yeni – 172-ci seriyasının kadrları yayılıb. Xatırladaq ki, “Ağsaqqalr” tərəfindən qələmi sındırılan Polad Alemdar son vəzifə üçün Suriyaya göndərilir. Bunun ölüm səyahəti olduğunu hesab edən Alemdar ailəsi, prokuror Leyla və dostları Abdulhey və Cahitlə vidalaşır. Polad A. dostlarına son vəsiyyətinin Mematinin qatilinin tapılması olduğunu deyir.
Polad Alemdar Suriyada kiminlə və hansı şərtlərdə mübarizə aparır? Hansı xəbər Abdulhey və prokuror Leylanı sarsıdır? Atasının yerində Mete Aymarı görən Elif nə edəcək? Ömər baba niyə ağlayır? Abdulhey niyə içki aludəçisi olur? Polad Alemdarı hansı zərbə yerə yıxır? Polad Alemdar öləcəkmi? Bu və s. bu kimi sualların cavabını serialın noyabrın 29-da nümayiş olunacaq 172-seriyasında tapmaq mümkün olacaq.






Fikirlər