23.09.2014 - "Azercell"in baş ofisində əlbəyaxa dava - ÖZƏL

23.09.2014 - "Azercell"in baş ofisində əlbəyaxa dava - ÖZƏL Ölkə.az-a daxil olan məlumatda "Azercell" şirkətinin baş ofisində qısqanclıq zəminində əlbəyaxa dava baş verib.

Davaya səbəb Əli Əhməd adlı bir şəxsin bu şirkətdə işləyən "N" adlı həyat yoldaşının yenə "Azercell" şirkətində işləyən Elçin adlı birisi ilə məhəbbət macərəsı olub.

Həyat yoldaşının xəyanətinə dözməyən Əli Əhməd onun iş yerinə (şirkətin baş ofisi) gələrək onun məşuqu Elçinə hücum çəkib.

"Azercell"in mühafizəçiləri tərəfindən güclə küçəyə çıxarılan Əli Əhməd ofisin önünə park edilmiş avtomobilləri əlindəki beysbol ağacı ilə əzməyə başlayıb.

Məlumata görə, hadisə yerinə çağırılmış 29-cu polis bölməsinin əməkdaşları onları bölməyə aparıb.

23.09.2014 - "Azercell"in baş ofisində əlbəyaxa dava - ÖZƏL

Məsələ ilə bağlı 29-cu polis bölməsi ilə əlaqə saxladıq. Növbətçi polis Qəhrəmanov Elmin faktı təsdiqlədi və hər iki şəxsin də bölməyə gətirildiyini, hadisənin araşdırıldığını qeyd etdi.

Eyni zamanda "Azercell" şirkətinin baş ofisi ilə də əlaqə saxlamağa çalışdıq. Lakin telefonumuza cavab verən olmadı.


(Etika nöqteyi-nəzərindən davaya səbəb olmuş xanımın adını tam yazmırıq)






Fikirlər