27.02.2014. - Nəqliyyat Nazirliyi “Azercell-Telekom”u məhkəməyə verməsinə aydınlıq gətirdi

27.02.2014. -  Nəqliyyat Nazirliyi “Azercell-Telekom”u məhkəməyə verməsinə aydınlıq gətirdiNəqliyyat İntellektual İdarəetmə Mərkəzinin “Azercell-Telekom” MMC-ni məhkəməyə verməsi barədə xəbərlər yayılıb.

Yayılan məlumatlara aydınlıq gətirmək üçün mərkəzlə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının verdiyi məlumata görə, əslində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Azercell-Telekom” MMC-ni məhkəməyə verməyib. Qurum “Azercell-Telekom”un əməkdaşını məhkəməyə verib.

Paytaxtın Salamzad küçəsində yol qəzası baş verib. 3 avtomobil toqquşub. Onlardan biri də, “Azercell-Telekom”a məxsus maşındı. Bu zaman həmin ünvanda yerləşən avtobus dayanacağı aşıb. Buna görə də, bizə maddi ziyan dəyib. Bu səbəbdən həmin 3 şəxs məhkəməyə verilib. Onlardan 2-si fiziki, digəri isə “Azercell-Telekom”un əməkdaşıdır. Bizim “Azercell-Telekom” ilə şirkət olaraq heç bir problemimiz yoxdu”, - deyə Şəfa Mehmanqızı bildirib.






Fikirlər