ÜRƏK, beyin və damarları sağlam edən MÖVSÜMİ MEYVƏ
Aminturşuları, vitamin və minerallarla zəngin olduğundan nar bütün orqanizm üçün faydalı sayıla bilər. Nar damarların sağlamlığı üçün xüsusilə xeyirlidir. Meyvənin istehlakı damarların elastikliyini artırır, stenokardiya və digər ürək problemlərinin inkişa fının riskini azaldır. "AzerTaym.az" saglamolun.az-a istinadən bildirir ki, nar güclü antioksidantlar olan polifenol və flavonoidlərlə zəngindir. Bu maddələr orqanizmi həm ürək-damar sistemi xəstəliklərindən, həm də xərçəngdən qoruyur. ABŞ-da aparılmış bir araşdırma zamanı alimlər aterosklerozdan əziyyət çəkən bir qrup xəstələrə hər gün 30 qr təbii nar şirəsini içməyi tövsiyə ediblər. 1 ildən sonra müayinə zamanı aşkar olunub ki, xəstələrin damarlarında yığılmış xolesterinin miqdarı 30%, arterial təzyiq isə 12% azalıb. Mütəxəssislər sübut edir ki, damarlarda trombların əmələ gəlməsinə mane olan nar infart və insultun effektli profilaktikası sayıla bilər. Nar beyinə də çox müsbət təsir edir - Alsheymer xəstəliyinin riskini azaldır, serotonin hormonunun ifrazını aktivləşdirərərk stress və depressiya ilə mübarizə etməyə kömək edir.