25 İLLİK NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU! – ƏƏSMN-də ŞOK DƏYİŞİKLİK

3f0df6d6-5415-4f6a-9fec-8ef2e179a48f

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çox diqqətçəkən kadr dəyişiklikləri olub.

“Report”un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası isə müvəqqəti Əzizov Bəxtiyar Əsgər oğluna həvalə olunub.

“AzPolitika.info” xatırladır ki, həm də Azərbaycan Paralimpiya Komitəsinin Prezidenti olan İlqar Rəhimov 1993-cü ildən, yəni 25 ildir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini və ya birinci müavini vəzifəsində çalışırdı. Bu illər ərzində ƏƏSMN-də azı 5 nazir dəyişsə də, İlqar Rəhimov hər zaman vəzifəsini qoruyub saxlaya bilmişdi. Bəzi zamanlarda isə o, hətta nazirlikdə əsas fiqura, son söz sahibinə də çevrilə bilmişdi. Xüsusən də Füzuli Ələkbərovun nazir olduğu dövrdə İlqar Rəhimov ƏƏSMN-in “boz kardinalı” hesab olunurdu. Səlim Müslümov və daha sonra Sahil Babayevin dövründə isə, o, nisbətən kölgəyə çəkilmişdi.

ilqar

Bəzi məlumatla görə, İlqar Rəhimov hakim ailədən mötəbər bir ağsaqqal tərəfindən himayə olunduğundan bütün nazirlər onunla işləməyə məcbur olurdu. Lakin belə görünür ki, Sahil Babayevin bu “ənənəni” aradan qaldırmağa gücü çatdı.     

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.






Fikirlər